Спорт

“Qalatasaray” “Neftçi” ilə oyuna belə hazırlaşır – FOTO

Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirəcəyi matçın hazırlıqlarını davam etdirir.

BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisi Bakıya gəlməmişdən öncəki son məşqlərini həyata keçirir.

Fatih Terim öndərliyində məşqlər keçirən “Cimbom” sabah əsas heyətlə Bakının yolunu tutacaq.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qarşılaşma saat 20:00-da başlayacaq.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей