Экономика

Bankın “qara siyahı”sına düşən çıxa bilirmi? – VİDEO

Vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də banklardan götürdükləri kreditlərə görə formalaşmış olan kredit tarixçəsidir. Çünki növbəti dəfə kredit üçün banka üz tutanda sırf bu tarixçənin müsbət və ya mənfi olması əsas götürülərək sizə cavab verilir. Əlbəttə ki, müsbət tarixçəsi olanların işi asan olur. Bəs mənfi olanlarda necə, onların yenidən kredit götürmək şansı olurmu?

Baku Tv mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Yəqin ki, hər birimizin ətrafında “banka müraciət etdim və gecikməm var deyə, kredit vermədilər” deyən tanışlarımız var. Belə vətəndaşlar vaxtında öz gəlir və xərclərini düz qiymətləndirmədiklərinə görə götürdükləri kreditlərdə gecikmələrə yol verir, öz kredit tarixçələrini korlayırlar. Bununla da el arasında desək, “qara siyahıya” düşürlər və növbəti dəfə kredit üçün müraciət edəndə “yox” cavabı alırlar.

Banka müraciət etdiyiniz zaman “digər banklarda heç bir kreditim yoxdur və ya olmayıb” kimi yanlış məlumatlar verməyiniz məsləhət deyil. Çünki üz tutduğunuz bank kredit tarixçəniz haqqında Kredit bürosuna sorğu göndərdiyi zaman hər bir vətəndaşın məlumatları əldə olunur.

Famil Məmmədovun sözlərinə görə, gecikmə günlərinin olması bankın vətəndaşa kredit verməsindən imtina etməyə əsas vermir. Qanunda bu cür məhdudiyyət yoxdur.

Vətəndaşlar unutmamalıdır ki, kreditin ödənilməsi zamanı hər hansı çətinliyin meydana gəlməsindən asılı olmayaraq, bank ilə münasibətləri korlamaq olmaz. Borcun ödənilməsi zamanı hər hansı bir problem yaranarsa, dərhal bankı xəbərdar etməli, sizə möhlət verməyini xahiş edə bilərsiniz. Kredit təşkilatlarının da marağındadır ki, insanların kredit tarixçələri korlanmasın.

Bu səbəbdən əksər hallarda müştəriyə razılıq verilir. Digər tərəfdən araşdırma zamanı məlum olarsa ki, müştəri üzrlü səbəblərdən gecikmələr edib, üstəlik hazırda təhlükəsiz gəlir yeri varsa, bu halda vətəndaş kiçik məbləğdə kredit götürə bilər. Məsuliyyətli davranıb vaxtında ödənişləri edərsinizsə, daha sonra nisbətən böyük məbləğə də keçmək olar. Bu isə artıq kredit təşkilatının inamına əsaslanan məsələdir ki, vətəndaşla yenidən borc münasibətləri qurmaq olar, ya yox.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей